Saytımızı qiymətləndirin


 
 

Latviya prezidenti: “Rusiyanın arzusu “sovet imperiyası”nı bərpa etməkdir”
Tarix: 26-01-2022 | Saat: 17:19
Bölmə:Karusel / Gündəm | çapa göndər

Latviya prezidenti: “Rusiyanın arzusu “sovet imperiyası”nı bərpa etməkdir”

Latviya prezidenti Egils Levits Rusiyanı keçmiş SSRİ-ni yenidən bərpa etməkdə suçlayıb.

Qarabaginfo.az xəbər verir ki, bununla bağlı “Delfi” portalında məlumat yayılıb.

“Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsi və 2014-cü ildə bunun Ukraynada təkrarlanması rəsmi Moskvanın 1990-91-ci illərdə əzilən xalqların azadlıqlarını əldə etməsi nəticəsində çökən sovet imperiyasını yenidən bərpası ilə bağlı niyyətlərini göstərir. Rusiyanın siyasi düşüncəsi hələ də XIX əsr imperializmin kateqoriyalarında qalıb”,-deyə prezident bildirib.

Latviya lideri Rusiyanın “bütün xəyallarına rəğmən heç br halda tarixin çarxını yenidən geri çevirə bilməyəcəyini” vurğulayıb.

Bundan başqa, Egils Levits ABŞ-a açıq dəstəyinə görə minnətdarlıq edərək, “regionda təhlükəsizliyin məhkəmlənməsi üçün” Latviyaya daha çox qoşun göndərməyə” çağırıb.



Xəbəri paylaş

254 dəfə oxunub.

Digər xəbərlər