Saytımızı qiymətləndirin


 
 

Goranboyda ağır atletika üzrə tədbirlər keçirilib
Tarix: 05-03-2022 | Saat: 13:45
Bölmə:Karusel / İdman | çapa göndər

Goranboyda idmanın ağır atletika növünün inkişafı ilə bağlı əsaslı tədbirlər həyata keçiriləcək.

Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda idmanın ağır atletika növünün inkişafı vəziyyəti ilə yerində tanış oldular, məşqçilər və idmançılarla görüşdülər, bu sahədə mövcud problemlər və çatışmazlıqların aradan qaldırılması, fəaliyyət göstərən məktəblərin maddi-texniki bazasının müasirləşdirilməsi və genişləndirilməsi ilə bağlı, aidiyyəti mütəxəssislərlə birgə müzakirələr apardılar.



Xəbəri paylaş

318 dəfə oxunub.

Digər xəbərlər