Saytımızı qiymətləndirin


 
 

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Tarix: 05-01-2022 | Saat: 15:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Bakıda güclü külək əsəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Qarabaginfo.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 6-sı gündüzdən 7-si səhərədək cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 6-7-də qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.



Xəbəri paylaş

266 dəfə oxunub.

Digər xəbərlər