Saytımızı qiymətləndirin


 
 

Zabit Səmədovun nokauta saldığı idmançı öldü - VİDEO
Tarix: 26-12-2021 | Saat: 12:52
Bölmə:Karusel / Gündəm | çapa göndər

Zabit Səmədovun nokauta saldığı idmançı öldü - VİDEO

Belçika kikboksçusu Frederik Sinistra koronavirusdan vəfat edib.

Ölkənin ən güclü insanı hesab olunan 40 yaşlı idmançı müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

O, bir müddət öncə koronavirusu ciddiyə almadığını və bu səbəbdən peyvənd olunmaqdan imtina etdiyini bildirib. Sinistra yaşının və fiziki durumunun onu hər hansı bir koronavirus simptomundan qoruyacağını iddia edirdi.

Qeyd edək ki, Frederik Sinistra 2017-ci ildə Türkiyədə Azərbaycanın məşhur kikboksçusu Zabit Səmədovla döyüş keçirib və 2-ci raundda nokauta düşərək uduzub.



Xəbəri paylaş

1276 dəfə oxunub.

Digər xəbərlər