Tarix: 10-09-2021 | Saat: 22:49
Bölmə:Karusel / Siyasət | çapa göndər
Avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması qaydası açıqlanıb.
Qarabaginfo.az xəbər verir ki, bu, Nazirlər Kabinetinn təsdiqlədiyi “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrində işin təşkili və əlaqələndirilməsi Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən, avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin Azərbaycan Respublikasının ərazisinə daxil olması zamanı sərhəd və gömrük nəzarəti aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- sərhəd mühafizə orqanları avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin dövlət sərhədindən buraxılış məntəqələrinin (DSBM) ərazisinə daxil olmasını təmin edirlər;
- avtobusların və minik nəqliyyat vasitələrinin, habelə onlarla hərəkət edən şəxslərin üzərində radioaktiv maddələrin mövcudluğunun yoxlanılması məqsədilə onlar sərhəd mühafizə orqanları tərəfindən portal radiasiya monitorlarından keçirilir;
- avtobuslarla və minik nəqliyyat vasitələri ilə hərəkət edən şəxslər sərhəd mühafizə orqanları tərəfindən sərhədkeçmə nəzarəti kabinələrinə istiqamətləndirilir və onların, habelə nəqliyyat vasitələrinin barəsində məlumatlar bu Qaydalarda göstərilən hərəkətlər yerinə yetirilməklə“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemə (İAMAS) daxil edilir. Avtobusları və minik nəqliyyat vasitələrini tərk edə bilməyən sərnişinlər (xəstə, əlil və s.) nəqliyyat vasitələrindən düşürdülmədən onların biometrik qeydiyyatı aparılmaqla, sənədlərin rəsmiləşdirilməsi sərhəd mühafizə orqanları tərəfindən avtobusların və minik nəqliyyat vasitələrinin daxilində İAMAS-ın səyyar stansiyaları vasitəsilə həyata keçirilir;
- sərhəd nəzarəti başa çatdıqdan sonra avtobuslar və minik nəqliyyat vasitələri ilə hərəkət edən şəxslər barəsində bu Qaydaların tələblərinə uyğun olaraq gömrük nəzarəti həyata keçirilir.
Avtobuslardan və minik nəqliyyat vasitələrindən istifadə etmək və ya barələrində sərəncam vermək səlahiyyətinə malik olan şəxslər həmin nəqliyyat vasitələrinə dair sənədləri (nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnamələri, etibarnamələr və s.) gömrük orqanları tərəfindən Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemində qeydiyyatının və rəsmiləşdirilməsinin aparılması məqsədilə məlumat lövhələri ilə işarələnmiş yerlərə təqdim edirlər. DSBM-ə daxil olan avtobusların, minik nəqliyyat vasitələrinin və onlarla hərəkət edən şəxslərin üzərində sərhəd və gömrük nəzarəti başa çatdıqdan sonra onların buraxılışı sərhəd mühafizə orqanları tərəfindən təmin edilir.
Digər xəbərlər