Saytımızı qiymətləndirin


 
 

Azərbaycanda yenidən şagirdlərin yerdəyişməsinə başlanılır
Tarix: 05-11-2021 | Saat: 16:24
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

Azərbaycanda yenidən şagirdlərin yerdəyişməsinə başlanılır

Noyabrın 10-u saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdiriləcək.

Təhsil Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Qeyd edək ki, 12 sentyabr 2021-ci ildən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.



Xəbəri paylaş

283 dəfə oxunub.

Digər xəbərlər