Saytımızı qiymətləndirin


 
 

"Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxs yaradılıb
Tarix: 11-10-2021 | Saat: 17:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Prezident İlham Əliyev

 

Azərbaycan Prezidenti İlham Əliyev “Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu” publik hüquqi şəxsin və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində “Azərbaycan Biznesinin İnkişafı Fondu” (bundan sonra – Fond) publik hüquqi şəxs yaradılıb.

Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun və “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.



Xəbəri paylaş

1282 dəfə oxunub.

Digər xəbərlər
8-04-2021, 10:14 DİM imtahan keçirəcək