İran hakimiyyəti müsəlman geyim qaydalarını pozan qadınları tapmaq və cəzalandırmaq üçün müşahidə kameralarından istifadə edəcək.
Qarabaginfo.az xəbər verir ki, bu barədə polisə istinadən “The Guardian” yazıb.
Qaydaları pozanları müəyyən etmək üçün bütün ölkədə ictimai yerlərdə və küçələrdə “ağıllı kameralar” quraşdırılacaq. Polis qaydalara əməl etməyən qadınlara xəbərdarlıq və hicab qanununun pozulmasına dair sübutlar göndərəcək.
Hicab qanununu pozan qadınlara əvvəlcə xəbərdarlıq ediləcək, sonra isə onlar məhkəməyə veriləcəklər.
Sərnişinlər tərəfindən qayda pozuntuları ilə bağlı avtomobil sahiblərinə xəbərdarlıqlar göndəriləcək. Qanunun təkrar pozulması avtomobilin müsadirəsi ilə nəticələnə bilər.(Azpost.info)