Saytımızı qiymətləndirin


 
 

Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil verilir
Tarix: 11-09-2021 | Saat: 16:02
Bölmə:Karusel / Qarabağ | çapa göndər

Paşinyan Kərkidə daimi və müvəqqəti yaşamaq üçün köçürülməni qadağan etdi – Bir sıra ərazilər təhvil veriliremail sharing button

Bəzi məlumatlara görə, Nikol Paşinyan və onun xain rejiminin nümayəndələri Ermənistanın Ararat (Vedi rayonu) bölgəsinin Tiqranaşen (Kərki) qəsəbəsinə daimi və ya müvəqqəti yaşamaq üçün köçürülməni gizli şəkildə qadağan ediblər.

Qarabaginfo.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri xalq hərəkatının fəallarından olan Mika Badalyan səsləndirib. O bildirib ki, son bir neçə gün ərzində Ermənistan mediası Nikol Paşinyan rejiminin Kərki kəndi də daxil olmaqla Azərbaycan tərəfinə bir sıra ərazilərin güzəştə gediləcəyini fəal müzakirə edir. Badalyan vurğulayıb ki, Paşinyanın satqın əlaltıları, o cümlədən onlara bağlı bir çox məşhur teleqram kanalları yayılan bu məlumatları inadla inkar edirlər.



Xəbəri paylaş

1241 dəfə oxunub.

Digər xəbərlər