Lerikdəki meşə yanğını söndürüldü
Tarix: 24-08-2021 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm | çapa göndər
385 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-08-2021 | Saat: 12:06
Bölmə:Karusel / Gündəm | çapa göndər

Lerik rayonu, Soru kəndi yaxınlığındakı dağlıq ərazidə baş vermiş yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, ilkin hesablamaya əsasən, ümumilikdə təqribən, 15 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə və mütəmadi güclənən küləyin əsməsinə baxmayaraq, yanğından meşə zolağı mühafizə olunub.
Qeyd edək ki, yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilib.
Xəbəri paylaş
Digər xəbərlər
16-03-2020, 18:03
Nazirlər Kabineti yanında operativ qərargahın iclası keçirilib
9-04-2025, 22:48
100-ə yaxın şəxsin əfv müraciətinə baxıldı
19-01-2022, 17:43
Britaniyanın sabiq Brexit naziri Boris Consonu istefaya çağırıb
24-09-2020, 16:34
Baş prokuror ictimai köməkçiləri ilə görüşüb - FOTO
29-03-2024, 10:43
Quş qripinə qarşı monitorinq keçiriləcək
15-07-2022, 22:09
Prezident: Kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə narahat edən məsələlər var
28-05-2022, 17:05
Putin Makron və Şoltsla Ukraynadakı vəziyyəti müzakirə edib


















