Saytımızı qiymətləndirin


 
 

Ukrayna şirkəti 15 min ton Azərbaycan neftini satışa çıxardı
Tarix: 25-08-2020 | Saat: 15:56
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

 

Ukrayna şirkəti 15 min ton Azərbaycan neftini satışa çıxardı

Ukraynanın “Ukrtransnafta” şirkəti “Pivdenniy” dəniz neft terminalından 15 min ton Azərbaycan neftini satışa çıxarıb.

Qarabaginfo.az-ın Report.az-a istinadən verdiyi məlumata görə, hərrac avqustun 28-də “Ukrayna Enerji Birjası”nda keçiriləcək.

Şirkət məhsulu “Azeri Lt FOB Supsa” kotirovkası ilə fəxtin (yükün dəniz yolu ilə daşınmasının qiyməti) dəyərini bir ton üçün 3 ABŞ dolları və nəqletmə tarifini hər ton üçün 1 ABŞ dolları təklif edib. Təklif iki lota – 10 min və 5 min ton məhsula bölünüb.

Resursun tədarükü 2020-ci ilin 10-19 sentyabr tarixində nəzərdə tutulub.

Qeyd edək ki, “Ukrtransnafta” iyulun 9-da “Ukrayna Enerji Birjası” üşün 30 min ton “Azeri Light” markalı neftin satışını təklif edib. Şirkətdən o zaman bildiriblər ki, satışa aşağı qiymətlər dövründə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) alınan neftin bir hissəsi satışa təqdim edilib. Alışın qiyməti rəsmi olaraq bildirilməyib, ancaq “Enkorr” saytının məlumatına görə, neftin bir bareli üçün qiyməti 29,2 ABŞ dolları təşkil edib.  

Bu arada, hərraclar nəticəsiz yekunlaşıb.



Xəbəri paylaş

706 dəfə oxunub.

Digər xəbərlər