Ana Sayfa > Karusel / Gündəm > Lerikdəki meşə yanğını söndürüldü

Lerikdəki meşə yanğını söndürüldü


24-08-2021, 12:06. Yazar: Admin

 

Lerikdəki meşə yanğını söndürüldü

 

Lerik rayonu, Soru kəndi yaxınlığındakı dağlıq ərazidə baş vermiş yanğın söndürülüb. 

Fövqəladə Hallar Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, ilkin hesablamaya əsasən, ümumilikdə təqribən, 15 hektar sahədə quru ot, kol-kos və qurumuş ağaclar yanıb. Relyefin mürəkkəbliyinə və mütəmadi güclənən küləyin əsməsinə baxmayaraq, yanğından meşə zolağı mühafizə olunub.

Qeyd edək ki, yanğınsöndürmə əməliyyatı FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Cənub Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin tərəfindən həyata keçirilib.

 


Geri dön