MN: Azərbaycan Ordusunun hərbi qulluqçusu yaralanıb
Tarix: 06-07-2021 | Saat: 21:10
Bölmə:Karusel / Multimedia | çapa göndər
1456 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 06-07-2021 | Saat: 21:10
Bölmə:Karusel / Multimedia | çapa göndər
İyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.
Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.
Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Xəbəri paylaş
Digər xəbərlər
2-03-2022, 17:56
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
15-04-2022, 16:42
Putin Paşinyanı Moskvaya ÇAĞIRDI
13-02-2021, 15:37
Türkiyə sərhədində partlayış: ölən və yaralananlar var
28-08-2020, 11:25
“Qaçqınkom”dan AÇIQLAMA
13-06-2023, 18:11
Reytinq xəsisliyi - Maliyyə Nazirliyi açıqlama yaydı
24-10-2023, 11:27
“Ağlını itirmiş Bayden təcrid olunmalıdır”- VOLODİN
1-05-2026, 14:46
Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Qarabağa səfərindən paylaşım edib



















