Saytımızı qiymətləndirin


 
 

Putin Paşinyanı Moskvaya ÇAĞIRDI
Tarix: 15-04-2022 | Saat: 16:42
Bölmə:Karusel / Region | çapa göndər

Rusiya və Ermənistanın xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan cümə günü telefonla ikitərəfli və regional gündəliyin aktual məsələlərini müzakirə ediblər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Qeyd olunur ki, nazirlər Ermənistanın baş naziri Nikol Paşinyanın aprelin 19-20-də Rusiyaya rəsmi səfərinin hazırlanmasına, o cümlədən ikitərəfli sənədlər paketinin imzalanmasına xüsusi diqqət yetiriblər.
 

“Nazirlər Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərin icrası ilə bağlı fikir mübadiləsi aparıblar, regionda nəqliyyat kommunikasiyalarının açılması və Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə gələcək addımlar müzakirə olunub”.


Rusiya Xarici İşlər Nazirliyi əlavə edib ki, Rusiyanın yardımı ilə İrəvan və Bakı arasında sülh müqaviləsinin razılaşdırılması perspektivlərinə də toxunulub.
 

Xatırladaq ki, aprelin 8-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Moskvaya işgüzar səfər edib və burada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar aparıb.(modern.az)



Xəbəri paylaş

1245 dəfə oxunub.

Digər xəbərlər