Tarix: 08-03-2022 | Saat: 13:30
Bölmə:Karusel / Siyasət | çapa göndər
Ukrayna prezidenti Vladimir Zelenski Krımın, “Donetsk və Luqansk xala respublikaları”nın tanınması ilə bağlı Rusiya ilə dialoq aparmağa razılaşıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
İddiaya görə, V.Zelenski qeyd edib ki, o bu məsələlərdə kompromislər axtarmağa hazırdır. Onun fikrincə, indi əsas məsələ “insanların gələcəkdə orada necə yaşayacağını” anlamaqdır.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Kiyev Rusiya və Ukrayna prezidentləri arasında birbaşa danışıqlar aparmağı xahiş edib. O, bunu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə qeyd edəcəyinə söz verib.
“Zelenski özü Vladimir Putinə danışıqlar masasına oturmaq təklifini açıqlayıb. Martın əvvəlində o, qeyd edib ki, Ukrayna Rusiyaya hücum etməyib və bunu etmək niyyətində deyil. Ukrayna lideri əlavə edib ki, döyüşməmək üçün Rusiya prezidenti ilə hər şeyi, o cümlədən Donbassla bağlı danışmağa hazırdır”,- RİA Novosti bildirib
Digər xəbərlər