Saytımızı qiymətləndirin


 
 

XİN: Şəxsiyyət vəsiqəsi ilə səfərlər Türkiyə və Azərbaycanın qardaşlıq bağlarını daha da möhkəmləndirəcək
Tarix: 29-03-2021 | Saat: 12:16
Bölmə:Karusel / Gündəm | çapa göndər

XİN: Şəxsiyyət vəsiqəsi ilə səfərlər Türkiyə və Azərbaycanın qardaşlıq bağlarını daha da möhkəmləndirəcək

10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.

“Beləliklə, iki ölkə vətəndaşları, Türkiyə və Azərbaycan arasında birbaşa səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər. Can Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında “iki dövlət, tək millət” şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək”, - deyə qeyd olunub.



Xəbəri paylaş

1326 dəfə oxunub.

Digər xəbərlər