Tarix: 29-03-2021 | Saat: 12:16
Bölmə:Karusel / Gündəm | çapa göndər
10 dekabr 2020-ci il tarixində Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səyahət protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən başa çatdırılıb.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, məlum protokol 1 aprel 2021-ci il tarixindən etibarən qüvvəyə minəcək.
“Beləliklə, iki ölkə vətəndaşları, Türkiyə və Azərbaycan arasında birbaşa səyahətlərini pasporta ehtiyac duymadan, yalnız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə göstərməklə edə biləcəklər. Can Azərbaycanla 1 aprel 2021-ci il tarixi etibarı ilə həyata keçəcək yeni qayda ölkələrimiz arasında “iki dövlət, tək millət” şüarında ifadə edilən güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək”, - deyə qeyd olunub.
Digər xəbərlər