Saytımızı qiymətləndirin


 
 

Kəndini kəndində itirən oğul!.. 
Tarix: 19-06-2023 | Saat: 10:37
Bölmə:Yazar | çapa göndər

Kəndini kəndində itirən oğul!.. 

Ömrünü kəndində bitirən oğul...  Haray, Kəlbəcərim! Haray, Başlıbel!..

Qardaşımız Zülfüqar Hüseynzadənin aramızdan Haqq dünyasına köçməsinə nəsə yazmaq istədim... Göz yaşları içində  ürəyimə gələn ilk bu misralar oldu... Hələ gəldikcə yazacam, inşallah...

Özünü kəndinə yetirən oğul...

Kəndini kəndində itirən oğul...

Ömrünü kəndində bitirən oğul...

Axdı gözümüzdən, axdı qanlı sel...

Haray, Kəlbəcərim! Haray, Başlıbel!..

*** ***

Düşmən saldı yurdun yaman oyuna...

Yaman zərbə vurdu nəsli, soyuna...

Ömrü yetə bilmədi oğul toyuna...

Aldı əlimizdən naqafıl bir yel...

Haray, Kəlbəcərim! Haray, Başlıbel!..

*** ***

Kəlbəcər itirdi Zülfüqarını...

Əritdi Murovdağ dərddən qarını...

İtirmə Hüseyn, sən vüqarını...

Atanı büsatla yola saldı el...

Haray, Kəlbəcərim! Haray, Başlıbel!..

...

Allahdan qardaşımızın oğlu Hüseynə, qardaşı Allahyara, ömür-gün yoldaşına, bacılara, cəmi əzizlərinə, qohum-əqrəbaya, dostlara dərin hüznlə başsağlığı verir, səbir, dözüm diləyirik! Möhkəm olaq... Dərdimiz böyükdür... Amma unutmayaq ki, dərdimizdən böyük Allahımız var!..

Sultan Laçın



Xəbəri paylaş

953 dəfə oxunub.

Digər xəbərlər