Saytımızı qiymətləndirin


 
 

Ağasif Ələkbərov: "Televiziyalarda vətənpərvərlik verlişləri verilmir"
Tarix: 19-07-2020 | Saat: 23:40
Bölmə:Sosial | çapa göndər

Ələkbərov Aqasif adlı şəxsin şəkli.

Vətəni sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz!

Xatırladığım son 25 il ərzində zaman -zaman "televiziyalarda vətənpərvərlik verlişləri verilmir, gənclərə hərbi -vətənpərvərlik mövzusunda təbliğat aparılmır, mətbuat, sosial şəbəkələr bu mövzuda yazmır, məktəblərdə öyrədilmir" və s. Bu kimi fikirləri çox eşitmişik, hətta bəzən özümüz də bunu dilə gətirmişik. Lakin xalqımızın son Qarabağ yürüşləri, öz əsgərinə, dövlətinə dəstəyi bir daha sübut etdi ki, vətənə, dövlətə, millətə sevgi nə vurma cədvəli, nə Mendelyev cədvəli, nə Nyuton qanunu, nə tarix xronologiyası, nə Nizaminin Xəmsəsi deyil ki, öyrədilsin. Heç hansısa namizədin seçki platforması da deyil ki, təbliğ edilsin.
Vətənpərvərlik, millətpərəstlik, dövlətə sevgi genetik olaraq qanda olur. Nahaq yerə deyilməyib ki, vətənə sevgi imandandır. Yaxşı ki, bu torpaqda doğulmuşam, yaxşı ki, bu millətin oğluyam.
Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!!!



Xəbəri paylaş

445 dəfə oxunub.

Digər xəbərlər