Saytımızı qiymətləndirin


 
 

Gənclərin “Dubay Expo 2020” dünya sərgisinə səfəri təşkil edildi
Tarix: 07-03-2022 | Saat: 22:40
Bölmə:Karusel / Gündəm | çapa göndər

Gənclərin “Dubay Expo 2020” dünya sərgisinə səfəri təşkil edildi

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə bir qrup gəncin “Dubay Expo 2020” dünya sərgisinə səfəri təşkil edilib.
Qarabaginfo.az xəbər verir ki, müxtəlif sahələrdə nailiyyətləri ilə seçilən, ayrı-ayrı qurumları və regionları təmsil edən, eləcə də Vətən müharibəsi iştirakçısı və qazisi-ümumilikdə 25 nəfər gənc martın 7-dən 10-dək “Dubay Expo 2020” dünya sərgisində Azərbaycan pavilyonu, eləcə də digər ölkələrin pavilyonlarını ziyarət edəcək.
Azərbaycan “Düşüncələri birləşdirək, daha yaxşı gələcək quraq” mövzusunda keçirilən “Ekspo 2020” dünya sərgisində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Gələcəyin toxumları” mövzusu ilə çıxış edir. Milli pavilyonun konsepsiyası yalnız insan kapitalının inkişafı ilə dayanıqlı gələcəyə nail olmağın mümkünlüyünü göstərir. Məhz bu konsepsiyanın davamı olaraq Azərbaycanın uğurlu gələcəyində yer alan gənclərin dünya sərgisinə səfəri həyata keçirilir.



Xəbəri paylaş

1255 dəfə oxunub.

Digər xəbərlər