Saytımızı qiymətləndirin


 
 

"Sarkisyanın ailəsi, nəvələri əziyyət çəkəcək..." - Müxalifət lideri
Tarix: 23-09-2017 | Saat: 13:27
Bölmə:Siyasət / Dünya | çapa göndər

Ermənistana şəxsi mülk kimi sahiblik etməyə heç bir şəxsin, heç bir partiyanın hüququ yoxdur.

Qarabağinfo.az azvision.az-a istinadən bildirir ki, bunu "Jaranqutyun" (İrs) partiyasının sədri Raffi Ovannisyan bildirib.

"Biz müstəqil dövlətik. Saxta yolla qəbul edilmiş konstitutsiyaya əsasən respublikaçılar bu dövləti Serjin adına keçirəcək. Biz istəyirik ki, konstitutsiyamız xalqın maraqlarına xidmət etsin. Nəticə olaraq biz yenidənqurma, yenidən köklənmə mərhələsindəyik və hər kəsi bizim hər bir günümüzü mənalı etməyə çağırırıq" - Ovannisyan deyib.

Ovannisyan "İRS partiyası 2018-ci ilin aprel ayından sonra Serj Sarkisyanın baş nazir olmaması üçün nə edəcək" sualına belə cavab verib: "Əgər hakimiyyətini davam etdirsə, düşünürəm ki, bu, bütün Ermənistan və Sarkisyanın ailəsi, nəvələri üçün böyük səhv olar. İlk növbədə, onun davamçıları əziyyət çəkəcək".

Partiya liderinin sözlərinə görə, payızda və ya ilin sonunadək yeni bir formatın təklif edilməsi müzakirə olunur. Yeni format monarxiyanın davam etməməsinə kömək edə bilər.



Xəbəri paylaş

645 dəfə oxunub.

Digər xəbərlər