Saytımızı qiymətləndirin


 
 

Azərbaycan bu il Saratovdan 140 min ton buğda və arpa idxal edib
Tarix: 06-09-2021 | Saat: 20:39
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan bu il Saratovdan 140 min ton buğda və arpa idxal edib

Bu ilin yanvar-avqust aylarında Rusiyanın Saratov vilayətindən Azərbaycana 140 min ton buğda və arpa ixrac edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin yerli idarəsi ("Rosselxoznadzor”) yerli idarəsi məlumat yayıb.

Azərbaycan hesabat dövründə təxminən 170 min ton buğda və şrot idxal edən Latviyadan sonra ikinci yeri tutan üç ən böyük idxalçıdan biridir. İxrac həcminə görə üçüncü yerdə Qazaxıstan qərarlaşıb. Bu ilin səkkiz ayı ərzində bu ölkəyə 25 min tondan çox buğda ixrac edilib.

Saratov taxılının TOP-5 idxalçıları arasında Türkiyə (20 min ton) və İran (16,5 min ton) da var.

Ümumilikdə, yanvar-avqust aylarında Saratov və Samara bölgələrində istehsal olunan 522 min tondan çox taxıl məhsulları ixrac edilib. Saratov ixracatçıları dünyanın 33 ölkəsinin bazarlarına təxminən 406 min ton taxıl məhsulları göndərib. Samara taxılının ixracına gəlincə, bu bölgə 19 ölkəyə demək olar ki, 116 min ton tədarük edib.



Xəbəri paylaş

1222 dəfə oxunub.

Digər xəbərlər