Tarix: 05-11-2022 | Saat: 11:36
Bölmə:Region | çapa göndər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı Qrant Müsabiqəsinin qalibi, Füzuli rayon Qaydış qəsəbəsi, 6 saylı tam orta məktəbin müəllimi Quliyev Mirdamet İbad oğlunun layihəsi olan “Böyük Qayıdış” futbol çempionatı oyunlarının açılış mərasimi rəmzi olaraq Qarabağa qaydışımızın başlanğıcı sayılan Cocuq Mərcanlıda keçrildi.
Qarabaginfo.az xəbər verir ki, açılış mərasimində Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayon Təhsil sektorunun inspektoru Nurlan Məstəliyev, Füzuli rayon Gənclərin Karyera İnkişaf Mərkəzinin rəhbəri Seyfəddin Maqsudov, Füzuli rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi, layihənin eksperti Ehtiram Sadıqzadə, Cocuq Mərcanlı kənd tam orta məktəbin direktoru Zamin Həziyev, kənd icra nümayəndəsi Xanlar Zeynalov iştirak ediblər.
İlkin olaraq rayonun 8 orta məktəbini təmsil edən 1 saylı və 2 saylı Horadiz şəhər, Arayatılı,Qazaxlar, Şükürbəyli, Babı,Əhmədallılar, Cocuq Mərcanlı kənd tam orta məktəbləri iştirak ediblər.İki komanda – 1 saylı Horadiz və Cocuq Mərcanlı futbol komandaları yarımfinal mərhələsinə vəsiqə qazanıblar.
Digər xəbərlər