Saytımızı qiymətləndirin


 
 

Hadrutda YDM istifadəyə verildi - FOTO
Tarix: 21-09-2022 | Saat: 15:31
Bölmə:Qarabağ / Karusel | çapa göndər

44 günlük Vətən müharibəsində əldə olunan şanlı Zəfərin ardından işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri uğurla davam edir.

 

SOCAR-dan Qarabaginfo.az-a verilən məlumata görə, bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsində “SOCAR” brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

 

Bu məntəqə Füzuli-Hadrut-Şuşa avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitəsi sahibləri üçün əlverişli hesab edilir. Sözügedən YDM-də “Aİ-92” markalı benzin və “Dizel” yanacağının satışı həyata keçiriləcək.

 

Bundan əlavə, “Zəfər yolu”nun Şuşa istiqamətində daha bir modul tipli YDM-in istifadəyə verilməsi nəzərdə tutulur.

 

“SOCAR PETROLEUM” QSC daha əvvəl də Şuşa və Ağdam rayonlarında modul tipli YDM-ləri istifadəyə verib. Sonuncu istismara verilən YDM isə Qubadlı rayonunun Eyvazlı kəndində yerləşir. Hadrut qəsəbəsində istismara verilən yeni YDM ilə birlikdə, “SOCAR PETROLEUM” QSC-nin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilən YDM-lərinin sayı dördə çatdırılıb.

 

Hazırda ölkə ərazisində SOCAR brendli 43 YDM şəbəkəsi və 11 neft terminalı bazası fəaliyyət göstərir. Ölkədə yeganə sıxılmış təbii qaz (CNG) terminalı və CNG şəbəkəsi olan “SOCAR PETROLEUM” QSC, ekoloji baxımdan təmiz olan CNG yanacağının satışında ölkə üzrə liderdir. “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərdə müştərilər üçün bir sıra üstünlüklər, o cümlədən yanacağın həcm dəqiqliyini yoxlamaq imkanı mövcuddur.

 



Xəbəri paylaş

211 dəfə oxunub.

Digər xəbərlər