8 ayda velosiped qəzalarında 11 nəfər ölüb
Tarix: 20-09-2017 | Saat: 09:53
Bölmə:Problem | çapa göndər

Bu ilin 8 ayı ərzində Azərbaycanda 21 velosiped qəzası baş verib.
Qarabağinfo.az bildirir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
K.Əliyev bildirib ki, baş vermiş velosiped qəzaları nəticəsində 11 nəfər ölüb, 11 nəfər yaralanıb.
K.Əliyevin sözlərinə görə, hadisənin 4-ü velosipedçilərin təqsiri üzündən baş verib və nəticədə 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Digər hadisələr isə velosipedçilərin avtomobil tərəfindən vurulması səbəbindən baş verib.
Polis polkovniki bildirib ki, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində hərəkət edir, işıqlandırıcı vasitələrdən istifadə etmirlər:
""Yol hərəkəti haqqında" qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var".
795 dəfə oxunub.
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-07-2026, 08:14
Serbiyada Dunayda suyun səviyyəsinin rekord həddə enməsi səbəbindən fövqəladə vəziyyət elan olunub
17-05-2022, 10:50
Adı rüşvətdə hallanan direktor danışdı: “70 manat?“
5-11-2024, 11:11
Vatikan rəsmisi: Hazırda dünya çox böyük fəlakətlər qarşısındadır
13-06-2025, 09:56
Netanyahu xalqa səsləndi - “Sığınacaqlarda qalın”
25-11-2022, 14:14
Putindən “müsbət siqnallar”: “Zəngəzur dəhlizinin açılışı yalnız güc vasitəsilə mümkündür”
12-05-2022, 16:58
Azərbaycan və Ermənistanın sərhəd komissiyaları mayın 16-17-də görüşəcək
3-03-2022, 15:53
Ukraynadakı diplomatlarımızın ailələri təxliyə olundu
17-05-2022, 12:18
“KTMT-nin Ermənistanın gözlədiyi kimi reaksiya verdiyini deyə bilmərik” – Paşinyan (ƏTRAFLI)
7-10-2022, 13:49
İlham Əliyev Rusiyaya getdi - YENİLƏNİB

" style="width: 670px; height: 340px;">