Saytımızı qiymətləndirin


 
 

Röya: "Xoşbəxt olmaq istəyirsənsə..."- FOTO
Tarix: 28-09-2017 | Saat: 16:04
Bölmə:Müsahibə / Mədəniyyət | çapa göndər

Sabah Gənclik Mallda səhnə kostyumlarının sərgisini keçirməyə hazırlaşan əməkdar artist Röya Ayxan dəbi və trendləri yaxından izlədiyini, lakin kimisə təkrarlamağı sevmədiyini bildirib.

Qarabağinfo.az bildirir ki, Azərbaycanlı ulduz dəblə bağlı publika.az-a müsahibə verib.

- Heç bir müğənninin geyim üslubunu təkrarlamadan, başqasına bənzəmədən unikal olmaq çox çətindir. Siz bu işin öhdəsindən gələ bilirsiniz?

- Birtəhər gəlirəm (gülür). Dünyanın məşhur geyim markalarının yeni çıxan kolleksiyalarını izləyir və onlardan mənə uyğun olan geyimləri seçirəm. Hər zaman özüm olmağa çalışmışam, əslində çalışmıram, elə hər zaman özüm oluram. Dediyiniz heç kimi təkraralamıram. Yəqin ki, geyim tərzimi başqalarından fərqləndirən başlıca amil elə budur. Xasiyyətim geyim üslubumda da özünü əks etdirir.

- Moda evi açmaq üçün böyük maliyyə lazımdır. Siz bu sarıdan problem yaşamadınız?

- Problemlər həmişə var, hər kəs kimi biz də problemlərlə qarşılaşırıq. Amma problem onları həll etmək üçündür, mən onları həll edirəm. Əziyyətsiz iş yoxdur.

- Bu gün dizaynerlərin bir qrupu qadını qapalı geyimlə gözəl göstərməyə çalışır, digər bir qrupu isə maksimum dərəcədə soyundurmağa çalışır. Sizin açdığınız moda evi hansı istiqamətə meyil edəcək?

- Bu, paltar sifariş edən xanımların zövqündən asılıdır. "First Fashion Lab" moda laboratoriyasında həm dekoltesi olan, həm də dekoltesiz geyimlər hazırlanır. Ümumiyyətlə, soyunan sözünə nifrət edirəm, bu, söz ancaq Azərbaycanda var. Soyunmaq dəb termini deyil, dekoltesi açıq, dekoltesi olmayan geyimlər var.

- Yaxşı geyinən xanımlara kişilər yaxınlaşmağa ehtiyat edir. Belə bir məsəl var ki, "Yaxşı geyinən qadını soyundurmaq baha başa gəlir". Sizcə, gözəl geyinən xanımlar kişiləri niyə "qorxudur"?

- Sənət adamları bahalı geyinməyi sevir, həm də sahib olduqları nüfuzları onları əlçatmaz edir. Yəqin ki, elə bunu nəzərdə tutublar.

- Ən çox müzakirə olunan ulduzlardan birsiniz. Xüsusilə qadınlar sizin haqqınızda danışmağı xoşlayır, bəzən tənqid edirlər, bəzən də gözəl sözlər deyirlər. Sizin azərbaycanlı xanımlarda ən sevmədiyiniz xüsusiyyətlər hansıdır?

- Paxıllıq. Bu hiss nəinki qadını, kişini də çirkin göstərir.

- Siz gözəl geyinmiş xanım görəndə heç paxıllıq etmirsiniz?

- Yox, "Maşallah olsun" deyirəm. Əlbəttə ki, paxıllıq duyğusu hər kəsdə olur, lakin izzəti-nəfsimizi idarə etmək öz əlimizdədir. Onu məğlub edə bilməyənlər mənən eybəcərləşir. Mənsə gözəl qadınlara həmişə heyranlıqla baxmışam. Paxıl insanların uğur qazanmasına şübhə edirəm. Bu, bizi irəli getməyə qoymur, əksinə uçuruma sürükləyir. Bütün gün başqalarının uğurlarını və xoşbəxtliyini qısqananaları düşünün, adam dəli olar. Xoşbəxt olmaq istəyirsənsə, öz məqsədlərinin izi ilə getməlisən.

- Xarici görkəmini dəyişmək istəyirsənsə, nədən başlamalısan?

- Daxilindən. Stili dəyişməyin zamanı yoxdur, maraqlı görünmək istəyirsənsə, istənilən yaş dövründə müxtəlif üslubları sınaqdan keçirə bilərsən. Məsələn, bu gün mən kostyum geyinsəydim, sizinlə zarafat edə bilməyəcəkdim.

- Dediyiniz kimi, bədən quruluşunuz istənilən geyimi sınaqdan keçirməyə icazə verir. Dekolte geyinəndə ətrafdakı qadınların qısqanclığını hiss edirsiniz?

- Çalışıram ki, neqativ heç nəyə fikir verməyim.

- Qadının gözəlliyi onun uğur qazanacağına zəmanət verir?

- Mütləq, mənalı baxışlar, gözlər onların ən gözəl aksessuardır.

- Azərbaycanın seks simvollarından biri sayılırsınız. Sizcə, bu statusu neçə yaşına kimi qoruyub saxlaya biləcəksiniz.

- Əgər Brilliant Dadaşova indiyə qədər öz gözəlliyini qoruyub saxlaya bilibsə, deməli mən də bu adı uzun illər qoruya biləcəm.

Röya: "Xoşbəxt olmaq istəyirsənsə..." - MÜSAHİBƏ - FOTO



Xəbəri paylaş

747 dəfə oxunub.

Digər xəbərlər
17-06-2021, 13:33 Sabahın hava proqnozu


Bu gün, 08:25Quterreş Bakıdadır