Saytımızı qiymətləndirin


 
 

Dövlət Agentliyi SMS kodlarından sui-istifadə halları ilə bağlı xəbərdarlıq edib
Tarix: 09-04-2020 | Saat: 16:45
Bölmə:Karusel / Siyasət | çapa göndər

 

Dövlət Agentliyi SMS kodlarından sui-istifadə halları ilə bağlı xəbərdarlıq edib

"Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemindən sui-istifadə hallarına yol verilir. Belə ki, bəzi vətəndaşların  sistem vasitəsi ilə "3" kodu, yəni yaxın qohumunun dəfnində iştirak halı üzrə göndərilmiş müraciətləri bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib". 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin xəbərdarlığında qeyd edilib. Xəbərdarlıqda bildirilib ki, "3" kodu yaxın qohumun dəfnində iştirak üçün nəzərdə tutulub.  Dəfn mərasimləri istisna olmaqla, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qadağan olunub: "Vətəndaşlarımızı bu kimi hallara yol verməməyə çağırırıq. Əks halda bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və  hüquq-mühafizə orqanları tərəfindən bununla bağlı ciddi məsuliyyət tədbirləri görüləcək" - deyə xəbərdarlıqda deyilib. APA



Xəbəri paylaş

413 dəfə oxunub.

Digər xəbərlər
20-01-2022, 11:59 Sabah qar yağacaq