Saytımızı qiymətləndirin


 
 

Eldar Əzizov: Bəzi nöqsanlara yol verilib, yağışın fəsadları ilə bağlı aidiyyəti qurumlar vəziyyəti təhlil edəcək
Tarix: 22-10-2024 | Saat: 13:01
Bölmə:Karusel / Sosial | çapa göndər

Eldar Əzizov nazir postuna gətirilir

Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normadan artıq yağıntı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirərkən deyib.

“İndi vəziyyəti təhlil etməliyik ki, niyə hansısa ərazidə xoşagəlməz mənzərə yaranıb. Ola bilsin tikinti zamanı bəzi nöqsanlara yol verilib. Hər halda birmənalı qiymət vermək hələ tezdir. Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər strukturların nümayəndələri ilə birlikdə bu gün axşam yığışıb yaranmış vəziyyəti təhlil edəcəyik və ondan sonra müəyyən tədbirlər görüləcək”, - Eldar Əzizov vurğulayıb.



Xəbəri paylaş

76 dəfə oxunub.

Digər xəbərlər