Saytımızı qiymətləndirin


 
 

DİN İranın casus şəbəkəsinə qarşı əməliyyatı davam etdirib, 39 nəfər saxlanılıb
Tarix: 01-02-2023 | Saat: 11:32
Bölmə:Manşet | çapa göndər

 

DİN-dən İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat: saxlanılanlar var - Cənublu

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.

Qarabaginfo.az-ın əldə etdiyi xəbərə görə, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.

Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.



Xəbəri paylaş

101 dəfə oxunub.

Digər xəbərlər