Tarix: 24-12-2021 | Saat: 21:51
Bölmə:Karusel / Siyasət | çapa göndər
"Əgər regionun dinc inkişafına töhfə verəcəksə, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasının əleyhinə olmayacaq".
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan TASS-ın sualını cavablandırarkən deyib.
"Əgər görsək ki, bu addım regionun dinc inkişafı üçün era açacaq, təbii ki, buna qarşı olmayacağıq. Bir sıra məsələlər üzrə danışıqlarda yeni münaqişə mənbəyi yaratmaq məntiqsiz olardı”, - Paşinyan bildirib.
Qeyd edək ki, dekabrın 10-da Avrasiya İqtisadi İttifaqının fəxri sədri, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, Azərbaycan qurumda müşahidəçi statusu ala bilər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Azərbaycan ilə Avrasiya İqtisadi İttifaqı arasında qarşılıqlı fəaliyyət ticarətin intensivləşməsinə və irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsinə töhfə verəcək.
Digər xəbərlər