Saytımızı qiymətləndirin


 
 

İlham Əliyev Pirsaat Baba ziyarətgahının yenidən qurulması işləri ilə tanış olub
Tarix: 25-05-2020 | Saat: 16:54
Bölmə:Manşet / Karusel | çapa göndər

 

 

 
İlham Əliyev və Mehriban Əliyeva

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahının yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olublar.

"Qarabaginfo"nun xəbərinə görə, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və birinci xanıma tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Pirsaat Baba ziyarətgahı bütün ölkə əhalisinin ziyarət etdiyi müqəddəs ocaqlardan biridir və hər gün buraya yüzlərlə zəvvar gəlir. Burada yeni avtomobil dayanacağı, mərasim zalları və digər yerlər inşa olunacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Pirsaat Babanın məzarını ziyarət ediblər.



Xəbəri paylaş

353 dəfə oxunub.

Digər xəbərlər