Saytımızı qiymətləndirin


 
 

Nazir: Məktəblərdə yoxlamalar davamlı aparılacaq
Tarix: 27-05-2024 | Saat: 14:02
Bölmə:Karusel / Təhsil | çapa göndər

 

KİV: Emin Əmrullayev təhsil şöbəsinin müdirini işdən çıxardı - FOTO

Məktəblərdə yoxlamalar davamlı aparılacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, məqsəd məktəblərə nizam-intizamın qaytarılmasıdır:

“Bu yoxlamalar iki istiqamətdə aparılır. Yoxlamaların birinci istiqaməti daha çox məktəblərə kömək etmək məqsədi daşıyır. Əsas odur ki məktəblərdə sənədlər, inzibati qaydalara uyğunluq yerində olsun. İkinci istiqamət üzrə monitorinq və yoxlamalar isə Nazirliyin daxili nəzarət şöbəsi tərəfindən aparılır. Bu daha çox qəbuledilməz kateqoriyalardan olan ciddi qanun pozuntularını əhatə edən yoxlamalardır. Bu yoxlamalar davamlı olacaq. Çalışırıq ki, Nazirliyin regional idarələri də bu yoxlamalarda yaxından iştirak etsinlər. Təbii ki, ölkədə fəaliyyət göstərən 4400 orta məktəbi eyni anda yoxlamaq və nəzarət etmək qeyri-mümkündür. Amma biz müəyyən alqoritm əsasında bu yoxlamaları həyata keçiririk”.



Xəbəri paylaş

1133 dəfə oxunub.

Digər xəbərlər
13-10-2022, 12:59 Cümə gününün HAVASI