Saytımızı qiymətləndirin


 
 

FAO rəhbəri: Azərbaycan nadir ölkədir
Tarix: 06-05-2022 | Saat: 13:44
Bölmə:Manşet / Karusel | çapa göndər

Mən Sizin çoxşaxəli, gözəl, əlverişli mövqedə yerləşən ölkənizə səfərə gəldiyimə görə çox şadam. Azərbaycan nadir ölkədir.

 

Qarabaqinfo.az xəbər verir ki, bu fikirləri BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu Azərbaycan Prezidenti İlham Əliyevlə videoformatda görüşü zamanı deyib.

 

“Çox şadam ki, Sizin ölkənizdə səfərdəyəm, təkcə ona görə yox ki, nadir mövqedə yerləşirsiniz, həm də ona görə ki, ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensial var. Tərəfinizdən də güclü dəstəklənən aqro-elektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, habelə kənd yerlərinin rəqəmsal inkişafı xüsusi əhəmiyyətə malikdir. Mən bu təşəbbüsləri dünyada təşviq etmək və təşkilata üzv olan, ərazi baxımından Azərbaycan kimi ölkələrlə paylaşmaq istərdim”, - deyə FAO-nun baş direktoru bildirib.

 

Bakıda keçirilən “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” mövzusunda beynəlxalq konfransın önəmini vurğulayan Qu Donqyu deyib: “Hesab edirəm ki, bu, bizim üçün Sizdən, həmkarlarınızdan öyrənmək baxımından yaxşı fürsətdir”.



Xəbəri paylaş

1262 dəfə oxunub.

Digər xəbərlər