Tarix: 06-02-2019 | Saat: 10:25
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
“Baş vermiş zəlsələ nəticəsində Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına elə də ciddi zərər dəyməyib. Burada binaların hamısı yeni tikilib. Binaların üzünə çəkilən aqlay daşlarının bəzilərində tərpənmə olub və kiçik çatlar əmələ gəlib”.
"Qarabaginfo" xəbər verir ki, bu sözləri Modern.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov deyib.
O bildirib ki, Rəsədxananın işinə təsir göstərəcək hər hansı bir problem yaranmayıb:
“Teleskopların hamısı yoxlanılıb və qaydasındadır. Şamaxı Astrofizika Rəsədxanası fəaliyyətini davam etdirir”.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, ötən axşam respublika ərazisində zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
Digər xəbərlər