Saytımızı qiymətləndirin


 
 

“Rossiya 24”ün Bakıdan 15 dəqiqəlik - Xüsusi reportajı +Video
Tarix: 24-12-2018 | Saat: 18:48
Bölmə:Manşet / Karusel / Siyasət | çapa göndər

  

 

Rusiyanın “Rossiya 24” telekanalı Azərbaycanla bağlı xüsusi reportaj hazırlayıb.

"Qarabaginfo" “Qafqazinfo.az”a istinadən xəbər verir ki, Mariya Qladkixin “Mersi Baku” adlandırdığı reportajında Azərbaycanın tarixi məkanları, yeməkləri, milli rəqsi, musiqisi haqda ətraflı məlumat verilib. 

Bakutel-2018 sərgisində də çəkiliş aparan rusiyalı jurnalist prezident İlham Əliyevdən müsahibə alıb. “Rossiya 24”ün əməkdaşı dövlət başçısı ilə söhbətə Azərbaycan dilində başlayıb. Daha sonra rus dilində davam etdirmək üçün prezidentdən icazə istəyib. Prezident İlham Əliyev gülərək “Azərbaycan dilində də çox gözəl danışırsınız” deyib.  

Prezident müsahibəsində vurğulayıb ki, Azərbaycana ən çox turist Rusiyadan gəlir: “Burada özlərini evlərindəki kimi hiss edirlər, dil baryeri yoxdur, onlara çox yaxşı münasibət var. Təbii ki, tarix də mühüm rol oynayır”.  

 

 



Xəbəri paylaş

520 dəfə oxunub.

Digər xəbərlər