Tarix: 15-09-2021 | Saat: 14:45
Bölmə:Manşet / Karusel / Təhsil | çapa göndər
Milli Məclisin sədr müavini Adil Əliyev 15 Sentyabr bilik günü ilə bağlı paylaşım edib.
Qarabaginfo.az-ın məlumatına görə, paylaşımda deyilir:
"15 sentyabr ölkəmizdə “Bilik Günü”dür. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi “Təhsil millətin gələcəyidir”. Sağlam, dövlətini və xalqını sevən Azərbaycan gəncliyinin formalaşması üçün gənclərimizdə vətənpərvərlik hisləriylə bərabər, yüksək təhsil, intellektual düşünmə və yaradıcılıq qabiliyyətlərinin olması vacibdir. Son illər gənclərimizin bilik olimpiadalarda qazandıqları nailiyyətlər, eləcə də “PİZZA” və “PİRLS” kimi beynəlxalq qiymətləndirmə təşkilatlarının təhsilin müxtəlif indikatorları üzrə apardıqları geniş tədqiqatların nəticələri təhsilimizin yüksələn dinamik xətlə inkişaf etdiyinin əyani göstəricisidir. Bütün şagirdlərimizə, tələbələrimizə təhsil həyatında uğurlar arzu edir, tezliklə ən sevdikləri təhsil müəssisələrinə qayıtmaqlarına ümid edirik".
Digər xəbərlər