Saytımızı qiymətləndirin


 
 

DSX: Azad edilmiş ərazilərdə daha 6 yeni hərbi hissə yaradılacaq
Tarix: 11-05-2021 | Saat: 12:28
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

 

DSX həqiqi hərbi xidmətə qəbul elan edib

İran İslam Respublikası ilə sərhəddə yerləşən zastavaların fəaliyyəti bərpa edilib, Ermənistanla dövlət sərhədində - Laçın rayonun bir hissəsinə, Zəngilan və Qubadlı rayonlarının mühafizəsinə başlanılıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat katibi Maya Şərifova deyib.

O bildirib ki, son iki ay ərzində artıq 10 hərbi hissə fəaliyyətə başlayıb və may ayının sonunadək daha 6 yeni hərbi hissə yaradılacaq.

M. Şərifovanın sözlərinə görə, müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirilən “Dəmir yumruq” hərbi əməliyyatında DSX-nın şəxsi heyəti çox yaxından iştirak edib: “Qəhrəman döyüşçülərimiz Xudafərin körpüsündə, Zəngilan şəhərində, rayonun Ağbənd qəsəbəsində, Şükratazvə Bartaz yüksəkliklərində dövlət bayrağımızı ucaldıblar. Bu döyüşlərdə iştirak etmiş sərhədçilərimizdən şəhid olan və yaralananlar da var”.



Xəbəri paylaş

1474 dəfə oxunub.

Digər xəbərlər
23-02-2022, 12:54 Sabaha olan hava proqnozu