Tarix: 20-07-2022 | Saat: 15:47
Bölmə:Karusel / Region | çapa göndər
Ermənistanın Milli Təhlükəsizlik Xidməti Fransadakı erməni təşkilatlarının koordinasiya şurasının sədri, “Daşnaksütyun” təşkilatının bürosunun üzvü Murad Papazyanı “arzuolunmaz şəxs” elan edib.
Erməni mediası xəbər verir ki, Milli Təhlükəsizlik Xidməti bununla bağlı verilən sorğuları cavabsız buraxıb.
Qurumdan verilən informasiyada sorğu edilən məlumatların Murad Papazyanın şəxsi həyatını pozduğu, ona görə də təqdim edilməyəcəyi qeyd olunub.
Diasporadan Ermənistan üçün arzuolunmaz sayılan başqa şəxslərin də olub-olmaması ilə bağlı sualı isə təhlükəsizlik xidməti cavablandırmayıb.
Xatırladaq ki, Murad Papazyan və ailəsi iyulun 14-də Ermənistana gəlib, lakin Zvartnots hava limanında MTX əməkdaşları onun Ermənistan üçün arzuolunmaz şəxs olduğunu əsas gətirərək ölkəyə girişini qadağan ediblər. Nəticədə Papazyan ailəsi ilə birlikdə Fransaya qayıtmağa məcbur olub.(Musavat.com)
Digər xəbərlər