Saytımızı qiymətləndirin


 
 

Təbrizdə azərbaycanlı fəallar həbs edilib
Tarix: 05-11-2022 | Saat: 14:07
Bölmə:Karusel | çapa göndər

Təbrizdə azərbaycanlı fəallar həbs edilib

İranın Təbriz şəhərində azərbaycanlı fəallar həbs edilib.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

 

Bildirilib ki, Rəhman Azərirad İranın Təhlükəsizlik (ETTELAAT) Nazirliyi tərəfindən həbs olunub. Onun həbs səbəbi və hara aparılması barədə məlumat verilməyib.

 

Bundan başqa, əslən Muğan bölgəsindən olan və Təbrizdə yaşayan 24 yaşlı gənc fəal Səkinə Piran sentyabrın 29-da işə gedərkən təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. ETTELAAT təcridxanasında yeddi gün dindirilən fəal döyülüb və məcburi etiraf üçün ona işgəncə verilib.

 

Eyni zamanda Təbrizdə milli fəal Məhəmməd Cavidi həbs edilib. O, təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Təbrizdə yaşayan milli-mədəni fəal Məhəmməd Cavidi ETTELAAT qüvvələri tərəfindən saxlanılıb.

 

Onun həbsinin səbəbi məlum deyil.



Xəbəri paylaş

114 dəfə oxunub.

Digər xəbərlər