Tarix: 13-04-2021 | Saat: 12:06
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər
“Azərbaycan həmişə konstruktiv mövqedə olub. Keçmiş həmkarlarla, Minsk Qrupunun səfirləri ilə görüşümüzdə hər zaman dediyim kimi, biz münaqişənin həlli yollarının tapılmasında hər zaman maraqlı olmuşuq. Çünki biz münaqişədən əziyyət çəkən tərəfik”.
Qarabaginfo.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında söyləyib.
“Mən hiss edirdim ki, Ermənistan həlli istəmir. Onlar deyir ki, guya istəyirlər. Lakin biz həmin əraziləri azad etdikdən sonra gördüklərimiz göstərir ki, münaqişənin həllinin olmaması üçün hər şeyi edirdilər. Biz aydın başa düşdük ki, onlar o nəhəng istehkamları, o müdafiə xətlərini tikməklə, milyonlarla dollarlıq vəsait cəlb etməklə bu ərazilərin həmişəlik işğalda saxlamaq istəyiblər”, - deyə dövlət başçısı vurğulayıb.
Digər xəbərlər