Saytımızı qiymətləndirin


 
 

Azərbaycanla Türkmənistan “Dostluq” yatağını bu nisbətdə bölüşdürəcək - SAZİŞ
Tarix: 18-02-2021 | Saat: 13:56
Bölmə:Manşet / Karusel / Gündəm | çapa göndər

Azərbaycanla Türkmənistan arasında yeni hökumətlərarası saziş hazırlanacaq.

 

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” 2021-ci il yanvarın 21-də Aşqabad şəhərində imzalanmış Anlaşma Memorandumunda əksini tapıb.

 

Memorandumda qeyd edilir ki, “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi üzrə əməkdaşlığı tənzimləmək üçün tərəflər hökumətlərarası saziş imzalayacaq.

Sazişin qısa zamanda hazırlanması üçün hökumətlər birgə işçi qrupu yaradacaqlar.

 

Qeyd edək ki, memorandum bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib. Sənədə əsasən, “Dostluq” yatağı 30% Azərbaycana, 70% Türkmənitana nisbətində bölüşdürülür.



Xəbəri paylaş

1342 dəfə oxunub.

Digər xəbərlər