Saytımızı qiymətləndirin


 
 

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olub
Tarix: 06-11-2021 | Saat: 18:38
Bölmə:Karusel / Siyasət | çapa göndər

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olub

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının Bakı Kitab Mərkəzində təqdimatı olub.

Qarabaginfo.az xəbər verir ki, portal Şuşada tarixi, bu günə kimi şəhərdə baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ingilis dilində yaradılıb.

“Bizim Şuşa” adlı bölmədə şəhərin yarandığı gündən işğal olunduğu dövrə qədərki tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti yer alıb.

“Şuşada erməni vandalizmi” adlı ikinci bölmədə Şuşanın tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi və bu qoruğun işğaldan sonra dağıdılması, dünya, yerli və ölkə əhəmiyyətli mədəni irs nümunələrinin talan olunması, məhv edilmiş mədəni irs nümunələrinin siyahısı və həmin abidələrin nə vaxt və kim tərəfindən inşa olunması, ermənilər tərəfindən dağıdılması haqqında məlumatlar yer alıb.

“Şuşa bu gün” bölməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin işğaldan azad olunduqdan sonra şəhər ilə bağlı Sərəncamları, Şuşaya səfərləri, Şuşada aparılan yenidənqurma işləri və Şuşada baş verən yenilikləri özündə əks etdirən xəbərlər verilir. Bu bölmə daim yenilənir və Şuşanın quruculuq tarixi addım-addım bu hissədə öz əksini tapacaq.

“Şuşanın qəhrəmanları” bölməsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularınınsiyahısı təqdim olunub.

“Şuşanın məşhur insanları” bölməsində Şuşada anadan olan, yaşayan, yaradan, Şuşanın tarixində və mədəniyyətinin formalaşmasında misilsiz rolu olan tarixi şəxsiyyətlər barədə məlumat, foto və videomateriallar verilib.

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olubHeydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olubHeydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olubHeydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olubHeydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olubHeydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olubHeydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalının təqdimatı olub



Xəbəri paylaş

1247 dəfə oxunub.

Digər xəbərlər
13-04-2020, 13:16 Hava küləkli olacaq