Saytımızı qiymətləndirin


 
 

Azərbaycan Prezidenti: “Beynəlxalq təşkilatlar da bizim bu agentliyin xidmətindən istifadə edə bilər”
Tarix: 04-02-2021 | Saat: 14:24
Bölmə:Manşet / Karusel | çapa göndər

 

Azərbaycan Prezidenti: “Beynəlxalq təşkilatlar da bizim bu agentliyin xidmətindən istifadə edə bilər”

“İnkişaf etmiş ölkələrdə istehsalçılar indi robotlardan geniş istifadə edirlər, biz də bundan istifadə etməliyik. Bir sözlə, ən müasir texnologiyalar, ən son model texnika Azərbaycana gətirilməlidir”.

Qarabaqinfo.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Vüqar Süleymanovu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezident bildirib ki, biz güclü bir qurum yaratmalıyıq, ilk növbədə, onun başlıca vəzifəsi əraziləri minalardan təmizləmək olmalıdır: “Bizim Dövlət Minatəmizləmə Agentliyimiz ölkə daxilində bütün işləri başa çatdırandan sonra bu təcrübədən istifadə edərək, xarici ölkələrdə də fəaliyyət göstərə, podratçı kimi işləyə bilər. Beynəlxalq təşkilatlar tərəfindən də bizim bu agentliyin xidmətindən istifadə oluna bilər. Bax, strategiyanı belə qurun. Yəni, bu, agentliyin gələcək fəaliyyəti üçün uzunmüddətli strategiya olmalıdır. Ancaq qısamüddətli və ortamüddətli strategiya torpaqların minalardan təmizlənməsidir ki, bərpa işləri başlansın və vətəndaşlar tezliklə öz doğma torpaqlarına qayıda bilsinlər”.



Xəbəri paylaş

1361 dəfə oxunub.

Digər xəbərlər