Saytımızı qiymətləndirin


 
 

Şəhid ailələrinə qarşı dələduzluq edən şəxs 7 il həbs olundu
Tarix: 23-09-2022 | Saat: 17:43
Bölmə:Kriminal / Karusel | çapa göndər

Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid ailələrinə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Fərid Abdinovun işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə F.Abdinov 7 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər.

 

DİN-dən verilən xəbərə görə, vətəndaşların şikayətləri araşdırılıb və onların Fərid Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, Fərid Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.



Xəbəri paylaş

149 dəfə oxunub.

Digər xəbərlər