Saytımızı qiymətləndirin


 
 

Rəsmi Bakı ilə Avropa İttifaqı arasında danışıqlar: mühüm saziş imzalanacaq – RƏSMİ
Tarix: 05-01-2018 | Saat: 14:32
Bölmə:Karusel / Siyasət | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin dekabrın 1-də Estoniya Respublikasının xarici işlər naziri Sven Mikseri qəbul edib.

 

Ölkə başçısı qəbulda bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni saziş üzrə fəal danışıqlar aparılır.

 

 

Bəs görəsən məsələ ilə bağlı danışıqlar nə yerdədir?

 

"Qarabaginfo" xəbər verir ki, Xarici İşlər Nazirliyinin(XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a deyib ki, tərəflər arasında İntensiv və konstruktiv şəkildə strateji tərəfdarlığa dair danışıqlar davam etdirilir.

 

“Bu saziş mahiyyət etibarı ilə Azərbaycan Avropa İttifaqı əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxmasına və əməkdaşlığımızın hərtərəfli şəkildə inkişafına təkan verəcək”-deyə XİN rəsmisi bildirib.

 

H. Hacıyev qeyd edib ki, saziş hərtərəfli əməkdaşlığın inkişafı üçün mühüm bir çərçivə rolunu oynayacaq.

 

“Hal-hazırda müqavilənin imzalanması ilə bağlı dəqiq vaxt demək bir qədər erkən olardı. Tərəflər arasında qarşılıqlı dialoq və anlaşma şəraiti davam edir”. 



Xəbəri paylaş

614 dəfə oxunub.

Digər xəbərlər