Saytımızı qiymətləndirin


 
 

Nazir: Azərbaycanda 124 İsrail şirkəti fəal şəkildə layihələr həyata keçirir
Tarix: 26-01-2026 | Saat: 14:07
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Nazir: Azərbaycanda 124 İsrail şirkəti fəal şəkildə layihələr həyata keçirir

 

Azərbaycanda 124 İsrail şirkəti fəal şəkildə layihələr həyata keçirir.

Qarabaginfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

Onun sözlərinə görə, 2025-ci il bu istiqamətdə çox əlamətdardır:

"Çünki bu il ərzində SOCAR ilk dəfə olaraq İsrailin ən böyük qaz yataqlarında on faizlik pay aldı. Bu qaz təchizatı üçün çox əhəmiyyətə malikdir".

Nazir Azərbaycanda fəaliyyət göstərən israilli iş adamları, eləcə də Ələt Azad iqtisadi Zonası ilə bağlı da fikir mübadiləsi apardıqlarını söyləyib.

"Eyni zamanda, ötən ili təhlil edərkən iki ölkə arasındakı turizm sahəsini də müzakirə etdik. 2025-ci ilin 11 ayı ərzində 2024-cü illə müqayisədə Azərbaycana gələn turist sayı iki dəfədən çox artıb".



Xəbəri paylaş

46 dəfə oxunub.

Digər xəbərlər