Saytımızı qiymətləndirin


 
 

Çətir tutan şəxs işdən ÇIXARILDI
Tarix: 21-01-2026 | Saat: 16:21
Bölmə:Karusel / Gündəm | çapa göndər

Çətir tutan şəxs işdən ÇIXARILDI

Ötən gün Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

CityPost.az saytının yazdığına görə, həmin şəxs artıq işdən çıxarılıb.

"İsa Həbibbəyli ona çətir tutan şəxsi vəzifəsindən azad edərək başqa vəzifəyə keçirib. Səbəb kimi isə göstərilib ki, onun bu davranışı İsa Həbibbəylini ictimaiyyətin qınağına tuş gətirib",- sayt yazır.

Qeyd edək ki,sözügedən şəxs AMEA Rəyasət Heyətinin elmi katibi Coşqun Məmmədovdur.

 



Xəbəri paylaş

84 dəfə oxunub.

Digər xəbərlər