Saytımızı qiymətləndirin


 
 

Rusiyanın Dnepropetrovsk və Odessaya zərbələri nəticəsində 2 nəfər ölüb
Tarix: 21-01-2026 | Saat: 13:01
Bölmə:Karusel / Dünya | çapa göndər

Rusiyanın Dnepropetrovsk və Odessaya zərbələri nəticəsində 2 nəfər ölüb

Bu gün Rusiya ordusunun Dnepropetrovsk və Odessa vilayətlərinə endiriyi zərbələr nəticəsində mülki əhali arasında 2 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Unian“ Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja istinadən məlumat yayıb.

Bildirilib ki, gecə saatlarında Rusiya qüvvələri Krivoy Roq şəhərinə raket zərbəsi endirib. Nəticədə 9 fərdi ev, 5 çoxmənzilli yaşayış binası, inzibati bina və avtomobillər zərər görüb. Bundan əlavə, Sinelnikov rayonuna pilotsuz uçuş aparatları ilə zərbə endirilib.

“Zərbə nəticəsində Vasilkovka və Rozdor icmaları zərər çəkib. 77 yaşlı kişi və 72 yaşlı qadın həlak olub. 53 yaşlı qadın yaralanıb və orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib”, – Qanja qeyd edib.

Rusiya ordusu eyni gündə Odessa vilayətinə pilotsuz uçuş aparatları ilə kütləvi hücum edib. Hücum zamanı 50 yaşlı bir mülki şəxs xəsarət alıb.



Xəbəri paylaş

69 dəfə oxunub.

Digər xəbərlər