Saytımızı qiymətləndirin


 
 

Bakıda yük maşını avtobusa çırpılıb, ölən və xəsarət alanlar var - FOTO
Tarix: 13-10-2021 | Saat: 08:39
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda yük maşını avtobusa çırpılıb, ölən və xəsarət alanlar var - FOTO

Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Mərədkan istiqamətində hərəkət olan 99-DH-343 qeydiyyat nişanlı "Shacman" markakı yük avtomobili "Ayşən LTD" şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10-TH-16 qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Qəza nəticəsində sərnişinlər arasında ölən və xəsarət alanlar var.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, aeroport yolunda baş verən yol-nəqliyyat hadisəsində, saat 08:00 olan məlumata əsasən, 20 nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya (7-nəfər KTM, 13 nəfər 3 saylı KŞX-yə) çatdırılıb.

Bakıda yük maşını avtobusa çırpılıb, ölən və xəsarət alanlar var - FOTO



Xəbəri paylaş

1290 dəfə oxunub.

Digər xəbərlər