Saytımızı qiymətləndirin


 
 

Təzyiqi aşağı salan ən asan üsullar - Bunları etsəniz...
Tarix: 07-11-2021 | Saat: 10:04
Bölmə:Karusel / Sosial | çapa göndər

Təzyiqi aşağı salan ən asan üsullar – Bunları etsəniz…

Hipertoniya (təzyiq) adətən asemptomatikdir, buna görə də bir çox insanlar öz xəstəliklərindən xəbərsizdirlər.

Qarabaginfo.az xəbər verir ki, hipertoniya zamanı səhər baş ağrıları, başgicəllənmə, burun qanaması və ürək döyüntülərinin nizamsızlığı kimi əlamətlər müşahidə olunur.

Əgər yüksək təzyiqiniz varsa, mütəxəssisə müraciət etməklə yanaşı, həm də həyat tərzinizi dəyişməlisiniz. Qan təzyiqinin aşağı salınması həyat tərzinizdən çox asılıdır. Alkoqol, siqaret kimi zərərli vərdişlərdən uzaq durmaq vacibdir.

Arıqlamaq ürək-damar ağırlaşmalarının inkişaf riskini azaldır. Bel çevrəsinin ölçüsü kişilərdə 94 sm, qadınlarda isə 80 sm-dən çox olmamalıdır.

Tədqiqatlara görə, idman etmək qan təzyiqini aşağı salmağa kömək edir. Həftədə 5-7 gün sürətlə yerimək, velosiped sürmək, üzgüçülük və qaçış sağlam qalmanıza kömək edəcək.

Fiziki aktivliyiniz nə qədər çox olarsa, qan təzyiqiniz bir o qədər normal səviyyəyə qayıdacaq.

Bunlarla yanaşı, qidanıza da diqqət etməlisiniz. Duz qəbulunu azaltmaq vacib şərtlərdəndir. Bunun üçün hazır qidalar, fəst fudlardan uzaq olmanız tövsiyə olunur. Əvəzində kaliumla zəngin qidalar istehlak edin. Tərəvəzlər, xüsusilə pomidor, kartof, bostan məhsulları, banan, avokado, portağal və ərik daxil olmaqla meyvələr, süd və qatıq kimi süd məhsulları, qoz-fındıq və yağlı toxumlar, lobya, tuna və qızılbalıq kaliumla zəngindir.

Yüksək qan təzyiqi olan xəstələrə daha çox balıq istehlak etmək, tərəvəz və meyvə qəbulunu gündə 300-400 qrama qədər artırmaq tövsiyə olunur.

Əlavə olaraq yuxu rejiminə diqqət edilməlidir. 18-64 yaş arası şəxslər gün ərzində 7-9 saat, 64 yaş və yuxarı şəxslər isə 7-8 saat yatmalıdırlar. Saat 23:00-dan əvvəl yatmaq məsləhətdir.



Xəbəri paylaş

1238 dəfə oxunub.

Digər xəbərlər